Sizin reklam burada
Sizin reklam burada

Kosmonavt Xankəndini “qədim erməni məkanı” kimi təqdim etdi

Kosmonavt Xankəndini “qədim erməni məkanı” kimi təqdim etdi
Rusiya kosmonavtı İvan Vaqner kosmosdan Azərbaycan Respublikasının 30 ilə yaxındır işğal altında qalan Xankəndi şəhərinin kosmosdan olan görüntülərini çəkib və “İnstaqram” hesabında yerləşdirib.

Moderator.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Rus kosmonavt Azərbaycanın BMT və dünya birliyi, o cümlədən Rusiya tərəfindən tanınmış hüquqi ərazisindəki yaşayış məntəqələrindən biri olan Xankəndini “Stepanakert” kimi təqdim etməklə kifayətlənməyib və bu şəhərimizi “qədim erməni məkanı” kimi təqdim edib.

“Stepanakert- Dağlıq Qarabağda şəhər. “Vkontakte” sosial şəbəkəsində tapmaca yarışmasında qalib gələn abonentim üçün.

Müasir Stepanakertin ərazisində, Artsax dağ silsiləsinin şərq yamacında qədimdən erməni kəndi Vararakn mövcud olub. Eyni adı olan bir çay hələ də mövcuddur və Stepanakert onun sol sahilində yerləşir" – deyə rus kosmonavt heç bir əsası olmayan uydurmalar yazıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş