Sizin reklam burada
Sizin reklam burada

İmişli rayon Bəciravan kənd bələdiyyəsinin baş mühasibi su kanalını mənimsəyib - vətəndaş Prezidentdən kömək istəyir

İmişli rayon Bəciravan kənd bələdiyyəsinin baş mühasibi su kanalını mənimsəyib - vətəndaş Prezidentdən kömək istəyir
Ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizə siyasətinə start verilməsi, bu məsələdə prinsipiallıq göstərilməsi çoxlu mətləblərə aydınlıq gətirdi. Bir neçə rayonda icra hakimiyyətinin başçıları, bələdiyyə sədrləri, icra nümayəndələri, hətta nazir müavinləri və s. dövlət görəvliləri hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edildilər. Baş verən hadisələr fonunda əhalinin prosesi həssaslıqla izləməsi hər addımda hiss olunur. Onu da qeyd edək ki, həbs olunanlar müxtəlif dövlət müəssisələrinin səlahiyyətliləri olsa da, ittiham olunduqları maddə eynidir – dövlət əmlakının mənimsənilməsi. Diqqətli oxucularımızın nəzərinə çatdıraq ki, həmin maddə ilə hal-hazırda həbsdə olan məmurlardan biri də İmşli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevdir. Bəc nə üçün Vilyam Hacıyevi xatırladıq?
Bu gün Conflict.az-a daxil oaln məlumat xeyli diqqətçəkici olmaqla yanaşı, həm də İmişlidə baş verir. Şikayətçi, İmişli rayon Bəciravan kənd sakini Fariz Cəfərov iddia edir ki, kənd bələdiyyəsinin baş mühasibi Barat Quliyev kəndin su kanalını mənimsəyib. Doğrusu xeyli təəccüblənsək də, lakin şikayətçi Fariz Cəfərov iddiasında israrlı idi.
İmişli rayon Bəciravan kənd bələdiyyəsinin baş mühasibi su kanalını mənimsəyib - vətəndaş Prezidentdən kömək istəyir
Əməkdaşımızla söhbətində Fariz Cəfərov bildirdi ki, kənd bələdiyyəsinn baş mühasibi Barat Quliyev su kanalını həyətyani sahəsinə əlavə edib. Özündən sonra məskunlaşan kənd sakinini, konkret olaraq Fariz Cəfərovu isə sudan istifadədən məhrum edib. Nəticədə onun həyətyani sahəsində əkdiyi meyvə ağacları kütləvi şəkildə quruyub.
İmişli rayon Bəciravan kənd bələdiyyəsinin baş mühasibi su kanalını mənimsəyib - vətəndaş Prezidentdən kömək istəyir
İmişli rayon Bəciravan kənd bələdiyyəsinin baş mühasibi su kanalını mənimsəyib - vətəndaş Prezidentdən kömək istəyir
Baş mühasiblə bağlı xeyli sayda şikayətlər olunub. Lakin Barat Quliyev kimisə eşitmir. Fariz Cəfərov qeyd edir ki, hətta İmişli rayon Bəciravan kənd bələdiyyəsinin sədri Məmi Atakişiyevi belə eşitməyən Barat Quliyev ona – bələdiyyə sədrinə hədə-qorxu gəlməkdən də çəkinmir.
İmişli rayon Bəciravan kənd bələdiyyəsinin baş mühasibi su kanalını mənimsəyib - vətəndaş Prezidentdən kömək istəyir
Şikayətçinin bildirdiyinə görə guya Məmi Atakişiyevlə bağlı qanun pozuntularını əlində qalxan olaraq tutan baş mühasiblə konfliktə girməkdən sadəcə çəkinən bələdiyyə sədridə tərəfini müəyyən edib. Xatırladaq ki, Məmi Atakişiyev uzun müddət “İmişli-Pambıq” ASC-yə rəhbərlik edib. ASC rəhbərliyindən gedəndən sonra bir müddət gündəmdən kənarda qalmağı bacaran M.Atakişiyev İmişli RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edildi. Onu da qeyd edək ki, M.Atakişiyevin bu görəvidə qalmaqalsız keçməyib.
Qayıdaq Fariz Cəfərovun iddiasına. F.Cəfərov əməkdaşımıza bildirib ki, bu gün İmişli RİH-in Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyеvlə görüşüb. Məsələ ilə bağlı RİH səlahiyyətlisinə şikayət edən Fariz Cəfərov əməkdaşımıza bildirib ki, Mirzə Quliyev Bəciravan kənd bələdiyyəsinin sədri Məmi Atakişiyevlə əlaqə saxlayandan sonra kifayət qədər təəccüb doğuran qərar verib: Özünə ayrıca su kanalı qaz.
Fariz Cəfərovun bildirdiyinə görə əlavə su kanalı qazdırmaq üçün onun maddi imkanı yoxdur. Digər tərəfdən hətta olsa belə əlavə qazılacaq su kanalı birbaşa şikayətçinin evinin altından keçməlidir. Bu isə tamamilə mümkünsüzdür. Axı bir rayon rəhbərliyi, eyni zamanda bir kəndin bələdiyyə sədri bir mühasibin əlində nədən çarəsiz durumda qalsınlar ki? Onu da xatırladaq ki, RİH-in Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyеv Vilyam Hacıyevin cinayət işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən izahatı alınanlardandır. Məsələnin ən qəribə tərfi isə adamların Vilyam Hacıyevin başına gələnlərdən nəticə çıxarmamalarıdır. Və son olaraq İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevə müraciət edirik. Cənab başçı ölkə rəhbərliyi sizi İmişli rayon İHB təyin edərkən verdiyi tapşırığı unutmayın. Çünki vətəndaş redaksiyamız vasitəsilə məhz Prezidentdən kömək istəyir.
İmişli rayon Bəciravan kənd bələdiyyəsinin baş mühasibi su kanalını mənimsəyib - vətəndaş Prezidentdən kömək istəyir
İmişli rayon Bəciravan kənd bələdiyyəsinin baş mühasibi su kanalını mənimsəyib - vətəndaş Prezidentdən kömək istəyir
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş