Sizin reklam burada
Sizin reklam burada

Müasirliyin İmişli variantı - Başçı rayona dronla nəzarət edir

Müasirliyin İmişli variantı - Başçı rayona dronla nəzarət edir
İllərdir ki, ölkədə insanlar köhnə məmurun vəzifədən uzaqlaşdırılması, hətta daha yüksək vəzifəyə təyinatından sonra belə xoşbəxt olduqlarını ifadə etməsələr də, lakin o halı gizlədə də bilmirlər. Sanki hər məmur yerdəyişməsi və ya işdən çıxarılması insanlar üçün yeni ümid işığı yandırır. Lakin gələnin gedəni xatırlatması yeni ruh düşgünlüyünə, pessimizmə yol açır.
İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı, hal-hazırda həbsdə olan Vilyam Hacıyevin illər uzunu idarəçilik formatından bezən yerli sakinlər hüquq-mühafizə orqanlarının onun haqqında qəbul etdiyi qərardan olduqca məmnun oldular. Bir müddət sonra Elçin Rzayevin İmişliyə İcra hakimiyyətinin başçısı təyin olunması isə yuxarıda qeyd edildiyi kimi yeni ümid işığının yanmasına səbəb oldu. Ən azından atalar məsəlində deyildiyi kimi: gözü çıxan qardaşdan ibrət... Lakin bu başçının da təyinatdan qısa müddət sonra arzuların bəlkə də neçənci dəfə suyadüşmə mərasimi oldu. Artıq aylardır ki, rayona ölkə Prezidentinin müvafiq Sərəncamı ilə İcra Hakimiyyətnin başçısı təyin olunan Elçin Rzayevi görmək demək olar ki, xoşbəxtliyin əlamətlərindən birinə çevrilib. Bəli dünya COVİD-19 pandemiyasının ağır nəticələrini öz üzərində hiss edir. insanlar özlərini qorumalı, sağlamlıqlarına fikir verməlidirlər. Və yenə də lakin bu qorunma instinkti hücrəyə çəkilmə kimi dərk edilməməlidir. 131 000 minlik əhalisi olan rayonu taleyin ümidinə buraxmağın doğru olmadığını qəbul etmək üçün əmr, Sərəncam və ya digər rəsmi sənədlərə ehtiyac yoxdur. Sadəcə Qurani-Kərimin Hud surəsinin 86-cı ayəsində deyildiyi kimi: Sən sənə tapşırılanları icra et.
Müasirliyin İmişli variantı - Başçı rayona dronla nəzarət edir
Onu da qeyd edək ki, İmişli rayon İcra hakimiyyətinin başçısı Elçin Rzayev yerli sakinlərlə canlı təmasa maraq göstərməsə də, lakin rayonu nəzarətsizdə qoymur. Rayondakı mənbədən Conflict.az-a daxil olan məlumatda qeyd edilir ki, Elçin Rzayev İmişlinin mərkəzinə iki dron vasitəsi ilə nəzarət edir. Günün müxtəlif saatlarında havalandırılan doronlar rayon mərkəzinin müxtəlif hissələrinə uçurdulur və görüntülər İcra Başçısının xidməti otağındakı kompyuterin ekranına göndərilir. Və bu qədər. Hamı, hətta hər kəs artıq İmişlidən rahat ola bilər. Çünki nəzarət var. Və yenə də lakin... İmişli bir mərkəzdən ibarət deyilki. Necə ki, sovet hökuməti bir möhür. bir ştampeldən ibarət olmadığı kimi. Rayon mərkəzindən başqa İmişlidə 1 qəsəbə, 48 kənd var. Yəqin nə demək istədiyimiz anlaşıldı? Digər tərəfdən insanlar problemlərini drona necə desinlər cənablar? Axı o aparatdır. Hətta quş belə deyil ki, sakinlər ona "Sehrili Xalat" filimində keçmişdən gələn xanın söylədiyi kimi "Ey əcaib Simruq quşu Allah xatirinə məni qanadlarına al, öz təxti-səltənətimə apar"- desinlər. Düzdür təxti-səltənət ifadəsini cənab başçı sözü ilə əvəz etmək daha doğru olardı. Amma yuxarıda qeyd etdiymiz kimi uçurdulan sadəcə cansız aparatdır.
İnsanlar müəyyən məsafədən də olsa problemlərini söyləmək istəyirlər. Kimsə müasir texnologiyanın əleyhinə deyil. Sözsüz ki, ən ucqar bölgələrimizin belə elmi texniki inkişafdan faydalanması ən böyük arzudur. Lakin ABŞ-da Tramp insanların qarşısına çıxırsa, İmişlidə Elçin Rzayev nədən yerli sakinləri qəbul etməsin? Axı təyintı günü cənab Prezidentin Elçin Rzayevə tapşırıqlarından biri də "xalqın içərisində ol, xalqa xidmət et" idi. Bəs elə isə..?
Mövzuya qayıdacağıq.
Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırıq.


Conflict.az

  • Sosial şəbəkədə paylaş