Sizin reklam burada
Sizin reklam burada

Lama 113 il yaşamağa söz verdi

Lama 113 il yaşamağa söz verdi
İyulun 6-da 85 illiyini qeyd edəcək budda lideri XIV Dalay-lama 113 il yaşamağa söz verib.

Bu haqda onun fəxri nümayəndəsi, Kalmıkiyanın ali laması Telo Tulku Rinpoçe bildirib.

Onun sözlərinə görə, Dalay-lama özünü ümumbəşəri dəyərlərin - sevgi, xeyirxahlıq, mərhəmət və səbirin yayılmasına həsr edərək uzun həyat yolu keçib.

“Zati-müqəddəsləri Dalay-lama bizimlə 113 il yaşamağa söz verib”, - deyə Rinpoçe bildirib. O, həmçinin Dalay-lamanın hamını dialoq, birlik və dostluq ruhunda yaşamağa, hər kəsə hörmət etməyə və zor tətbiq etməməyə çağırıb.

XIV Dalay-lama Tenzin Qyatso 1935-ci ildə Tibetdə doğulub. 1937-ci ildə onu əvvəlki Dalay-lamanın reinkarnasiyası elan ediblər. 1940-cı ildə isə taxta çıxarılıb. 1989-cu ildə Dalay-lama maarifləndirici və sülhməramlı fəaliyyətinə görə Nobel Sülh mükafatına layiq görülüb.

Bu yaxınlarda XIV Dalay-lama koronovirusu dəf etmək üçün məsləhət də vermişdi. O, ölümcül infeksiyaya tutulmamaq üçün buddistlərə tez-tez Tara mantrasını oxumağı tövsiyə etmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş