Sizin reklam burada
Sizin reklam burada

Məşhur gürcü bəstəkarı vəfat etdi

Məşhur gürcü bəstəkarı vəfat etdiKançeli 70-dən çox filmə musiqi bəstələyib

Gürcüstanın məşhur bəstəkarı Gia Kançeli 84 yaşında vəfat edib.

O, son aylar ürəyində yaranan problemlərlə bağlı xəstəxanada müalicə olunurmuş.

Qeyd edək ki, G.Kançeli 70-dən çox filmə musiqi bəstələyib. Onun musiqi bəstələdiyi ən yaxşı filmlər arasında “Kin-dza-dza” və “Mimino” filmləri yer alıb.

“Mikelancelonun xatirəsi”nə adlı simfoniyası G.Kançeliyə dünya şöhrəti qazandırıb. Məşhur bəstəkar Rustaveli Teatrı ilə sıx əməkdaşlıq edib və rejissor Robert Sturuanın ən yaxşı tamaşalarına musiqilər bəstələyib.

G.Kançeli Gürcüstanın dövlət mükafatı və “Şərəf” ordeni mükafatına layiq görülüb. O, həmçinin Tbilisinin fəxri vətəndaşı adını da daşıyıb. (Report)

  • Sosial şəbəkədə paylaş