Sizin reklam burada
Sizin reklam burada

Daha bir məşhur şirkət “Huavey”dən imtina etdi

 Daha bir məşhur şirkət “Huavey”dən imtina etdiYaponiyanın “Panasonik” şirkəti Çinin “Huavey” kompaniyası ilə əlaqələrini dayandırıb.

Bu məlumatı “Nikkei Asia Revyu” agentliyi yayıb.

Əlaqələrin dayandırılmasına səbəb kimi “Huavey”ə qarşı tətbiq edilən ABŞ sanksiyaları göstərilib. “Panasonik” “Huavey”ə məhdud sayda bir sıra komponentlər verdiyini və indi qəbul etdiyi qərarın şirkətə böyük zərər vurmayacağını bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ şirkətlərinin “Huavey”lə əməkdaşlığının qadağan edilməsindən sonra Quql bu markalı telefonların “Android” sistemi ilə təminatını dayandırıb.

  • Sosial şəbəkədə paylaş