Tramp yenə TƏHDİD ETDİ: İranın sonunu gətirəcək

Dünya

185

Tramp yenə TƏHDİD ETDİ: İranın sonunu gətirəcəkABŞ prezidenti Donald Tramp İranın ünvanına yeni təhdid səsləndirib.

Publika.az-ın məlumatına görə, prezident bildirib ki, İran müharibə istəyirsə, bu, onun sonunu gətirəcək.

Tvitter hesabından açıqlama verən Tramp qeyd edib ki, ABŞ əsla təhdid olunmamalıdır.

Qeyd edək ki, Tramp hökuməti ötən il mayın 8-də İranla 5+1 ölkələri arasında 2015-cı ildə imzalanan nüvə sazişindən birtərəfli olaraq imtina edib. Daha sonra Tehran hökumətinin neft ixracatına sanksiyalar tətbiq etməyə başlayıb. Bu ilin aprel ayında isə İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına salıb.

İran prezidenti Həsən Ruhani Tehranın ABŞ-ın sanksiyalarına qarşılıq olaraq nüvə sazişindəki öhdəliklərini yerinə yetirməyəcəyini açıqlayıb. ABŞ qısa müddət öncə bölgədəki qüvvələrinə İrandan gələ biləcək təhlükələrə qarşı “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini, 4 ədəd B-52 nüvə potensiallı bombardman təyyarəsini Bəsrə körfəzinə göndərib. Bundan başqa, 120 min əsgərin regiona yerləşdiriləcəyi ilə bağlı açıqlama verilib.