Sizin reklam burada
Sizin reklam burada

Əfqanıstanda aviazərbələr nəticəsində 17 polis öldü

Əfqanıstanda aviazərbələr nəticəsində 17 polis öldüHazırda zərbələri kimin endirdiyi aydın deyil

Əfqanıstanın Hilmənd vilayətində NATO qüvvələrinin aviazərbə zamanı yol verdiyi xəta nəticəsində 17 polis ölüb, 14-ü isə yaralanıb.

Havadan zərbələr dünən, polisin bu vilayətin paytaxtı Ləşkərgah şəhəri yaxınlığında "Taliban" silahlıları ilə döyüşdüyü zaman endirilib.

Hazırda zərbələri kimin - Əfqanıstan və ya ABŞ aviasiyasının endirdiyi aydın deyil.

"Taliban" tərəfi isə hava zərbələrinin ABŞ təyyarəsi tərəfindən endirildiyini iddia edir.(report.az)

  • Sosial şəbəkədə paylaş