Sizin reklam burada
Sizin reklam burada

Zelenskidən ilk addım: parlament buraxılır – Müşaviri açıqladı

Zelenskidən ilk addım: parlament buraxılır – Müşaviri açıqladıUkraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski inauqurasiya mərasimindən sonra Ali Radanı buraxmaq təşəbbüsü ilə çıxış edəcək.

Bunu ölkənin altıncı prezidentinin siyasi müşaviri Dmitri Razumkov “1+1” telekanalının efirində bildirib.

O bunu zəruri edən şərtlər sırasında parlamentdə koalisiyanın olmadığını qeyd edib.

Aprelin 30-dan mayın 10-dək Ukraynanın 24 bölgəsində 3000 respondent arasında keçirilən sosial sorğu V.Zelenskinin başçılıq etdiyi “Xalqa xidmət” Partiyasının növbəti parlament seçkisində səslərin böyük əksəriyyətini qazanacağını aşkara çıxarıb.

  • Sosial şəbəkədə paylaş