Sizin reklam burada
Sizin reklam burada

Putin generalını türklərin təcrübəsini öyrənməyə göndərdi

Putin generalını türklərin təcrübəsini öyrənməyə göndərdiRusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Bu məlumatı Rusiya Milli Qvardiyasının rəsmi nümayəndəsi Valeri Qribakin paylaşıb. Məlumata görə, səfər çərçivəsində Zolotovun Türkiyə Daxili İşlər naziri Süleyman Soylu və Türkiyə Jandarmeriya Qüvvələrinin rəhbəri Arif Çətinlə görüşü nəzərdə tutulub.

Nümayəndə heyətinin Türkiyə Sahil Mühafizəsi və Jandarmeriya Akademiyasında dərs prosesinin təşkili ilə tanış olacağı, eləcə də xüsusi təyinatlı qüvvələrin briqadasını ziyarət edərək, onların hazırlıq təcrübəsiylə tanış olacağı bildirilib.

  • Sosial şəbəkədə paylaş