Sizin reklam burada
Sizin reklam burada

Kim Çen Inla bağlı şok iddia - Trampdan açıqlama

Kim Çen Inla bağlı şok iddia - Trampdan açıqlamaBu informasiya "Washington Post" qəzetində Şimali Koreya müzakirələri ilə bağlı xəbərdə yer alıb

ABŞ-da Şimali Koreyanı nüvə silahı proqramından vaz keçirmək üçün müzakirələr aparılıb.

AzNews.az xəbər verir ki, Ağ Evin sahibi Donald Tramp müzakirələrdə çıxış edib.

O, çıxışı zamanı iddia edib ki, Kim Çen In bacısının əri Jang Song Thaeki öldürtdükdən sonra başını nümayiş etdirib.

Bu informasiya "Washington Post" qəzetində Şimali Koreya müzakirələri ilə bağlı xəbərdə yer alıb. Cənubi Koreyanın dövlət mediası 2013-cü ildə Jangın infaz edildiyini yazıb. Ancaq güllələndiyi düşünülən Jangın cəsədinin nümayiş etdirildiyinə dair məlumat yayılmayıb.

Digər tərəfdən Kimlə Tramp arasında baş tutan iki zirvənin də uğursuzluqla nəticələnməsinin ardınca keçən həftə yenidən başlatdığı qısa mənzilli raket atışlarının güvən problemi yaradıb-yaratmadığı da maraq doğurur.

Tramp "Politico" xəbər saytına verdiyi açıqlamada “Bunu bir güvən pozuntusu kimi dəyərləndirmirəm, amma bəlkə bir azdan elə dəyərləndirərəm” deyib.

Tramp Kimə olan inamının itirilib-itirilməməsi ilə bağlı suala hələ ki o mərhələdə olmadığını, ancaq gələcəkdə ola biləcəyini vurğulayıb.

  • Sosial şəbəkədə paylaş