Sizin reklam burada
Sizin reklam burada

Bişkəkdə iftarda şok skandal

 Bişkəkdə iftarda şok skandalTürkiyənin Qırğızıstandakı səfiri Metin Kılıç Bişkekdə iftarda Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvlərinin qatıldığını bildikdən sonra məclisi nümayişkaranə tərk edib.

Teleqraf.com xəbər verir ki, türk diplomat buna görə Qırğızıstan müftiliyinə etiraz edib.

İftar məclisinə gələn səfir FETÖ-nün məşhur simalarından Orhan İnanoğlunun da dəvət edildiyini öyrəndikən sonra “Terrorçularla eyni masa ətrafında oturmaram” deyərək oradan uzaqlaşıb:

“Siz bura FETÖ-nün başında duranları necə çağıra bilərsiniz? Ya Türkiyəni, ya da terror təşkilatını seçin. Mənim üçün müftilik bitib.

Biz burada 35 milyon dollara məscid tikdirək, amma siz bizi terrorçularla eyni masa ətrafında əyləşdirib.

Siz bura FETÖ terror təşkilatının başında duran bir adamı necə çağıra bilərsiniz. Ramazanda bunu etmək olar? Türkiyə ilə terrorçunu eyni yerə qoyursunuz. Bu insan müsəlman deyil. Mən bunu prezidentə deyəcəyəm”.

  • Sosial şəbəkədə paylaş