Sizin reklam burada
Sizin reklam burada

Ermənistanda qaz bahalaşdı

Ermənistanda qaz bahalaşdıErmənistanda maye qazın qiyməti bahalaşıb.

Conflict.az "Report”-a istinadən xəbər verir ki, bunu "Jamanak” qəzeti yazıb.

"Hökumətin zəmanət verməsinə baxmayaraq, ölkədə maye qazın qiyməti ən azı 10 faiz bahalaşıb. Bunun səbəbi bu il mayın 1-dən yanacağın kubmetrlə deyil, kiloqramla satılmağa başlanmasıdır. Satışın ölçü vahidi dəyişməklə əlavə dəyər vergisi də artıb”, - qəzet vurğulayıb.

Hazırda Ermənistanda maye qazın bir kiloqramı 300 drama (60 sent-red.) satılır. Əvvəllər bu məbləğə 220 kubmetr maye qaz almaq olurdu. Bir kub metr maye qaz 720 qramdır.

Qeyd edək ki, bu barədə hələ iki ay əvvəl məlumat yayılmışdı.

  • Sosial şəbəkədə paylaş