Sizin reklam burada
Sizin reklam burada

Erməni milyarderin oğlu narkotikdən komaya düşdü

Erməni milyarderin oğlu narkotikdən komaya düşdüRusiyanın ən zəngin ermənilərindən biri olan Sergey Sərkisovun kiçik oğlu hələlik naməlum olan preparatdan artıq istifadə nəticəsində komaya düşüb.

Axar.az xəbər verir ki, bu barədə məlumat “Mash” Teleqram kanalında yayımlanıb. O, komaya Moskvanın ən məşhur klublarından birində olarkən düşüb.

Sərkisov aprelin 14-də Moskva xəstəxanalarından birinin reanimasiyasına yerləşdirilib. Həkimlərin bir müddət sonra milyarderin oğlunu “möcüzə nəticəsində” xilas etdikləri bildirilib və nəticədə o, terapiya şöbəsinə köçürülüb.

Qeyd edək ki, Sergey Sərkisov qardaşı Nikolay Sərkisovla birgə Rusiyanın ən zəngin iş adamlarından biridir. Qardaşların ümumilikdə sərvəti 1,5 milyard dollardır.

Sergey Sərkisovun 5 övladı var.

  • Sosial şəbəkədə paylaş