Sizin reklam burada
Sizin reklam burada

Təhlükəli maddə daşıyan qatarda qəza

Təhlükəli maddə daşıyan qatarda qəzaKanadanın Kvebek əyalətində yerləşən Monreal şəhərinin şərqində bir neçə vaqonunda təhlükəli maddələr daşıyan yük qatarı relsdən çıxıb.

Bu barədə Kanada Milli Dəmir Yolları İdarəsinin rəsmi nümayəndəsi məlumat verib.

Qəza nəticəsində yük qatarının 10 vaqonu relsdən çıxıb, lakin təhlükəli maddələrin sızmasının qarşısını almaq mümkün olub.

Hazırda hadisənin baş verdiyi ərazidə mütəxəssislər işləyir.

Hələlik insidentin səbəbləri barədə məlumat verilmir.

  • Sosial şəbəkədə paylaş