Sizin reklam burada
Sizin reklam burada

"İrqçiliyə görə 9 xal silinsin" - Sterlinqdən təklif

"İrqçiliyə görə 9 xal silinsin" - Sterlinqdən təklif"Mançester Siti"nin hücumçusu Rahim Sterlinq irqçiliyin qarşısını almaq üçün maraqlı təklif irəli sürüb.

Qol.az-ın "The Times" nəşrinə istinadən yaydığı xəbərə görə, qaradərili futbolçu bu cür hallarda klubların xallarının silinməsini təklif edib.

"Düşünmürəm ki, meydançanı tərk etmək yaxşı qərardır. Futbolçular buna görə zərər görməməlidirlər. Cəza daha sərt olmalıdır. Pul cərimələri varlı klublara və assosiasiyalara təsir etmir. Mən qurumları azarkeşləri irqçiliyə yol verdiyi halda həmin klubların hesabından avtomatik olaraq 9 xal silməyə çağırıram. Bundan sonra hansı fanat komandasını riskə ata bilər? Bununla yanaşı, klublar 3 oyunu azarkeşsiz keçirsinlər. Beləliklə onlar irqçiliyə görə pul xərcləməli olacaqlar".

  • Sosial şəbəkədə paylaş