Sizin reklam burada
Sizin reklam burada

Əfqanıstanda nazirliyə hücum: 10 ölü var

Əfqanıstanda nazirliyə hücum: 10 ölü varHəlak olanlar arasında 7 dinc sakin də var.

Əfqanıstanın paytaxtı Kabil şəhərində bir qrup silahlının İnformasiya və Texnologiyalar Nazirliyinə hücumu zamanı azı 10 nəfər həlak olub.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən "Ariana" telekanalı bildirib.

Telekanalın məlumatına görə, həlak olanlar arasında 7 dinc sakin də var. Onlardan 2-i qadındır.

Hücum zamanı habelə təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı da öldürülüb.

Daha əvvəl hücum zamanı 2 nəfərin həlak olduğu, 6 nəfərin yaralandığı bildirilirdi. (report)

  • Sosial şəbəkədə paylaş