Sizin reklam burada
Sizin reklam burada

Dövlət katibi bu gün açıqlama verəcək: 8 ölkə...– Türkiyə ilə növbəti böhran

Dövlət katibi bu gün açıqlama verəcək: 8 ölkə...– Türkiyə ilə növbəti böhranABŞ-ın yeni sanksiya qanunu qüvvəyə minsə, Türkiyə də daxil olmaqla, 8 ölkə İranla ticarət əlaqələrini dayandırmaq məcburiyyətində qalacaq. Bunun isə qlobal böhrana səbəb olacağı şübhəsizdir.

Bu barədə İngiltərə KİV-də məlumat yayılıb.

İngiltərədə nəşr olunan “Financial Times” qəzeti yazır ki, ABŞ İrana qarşı yeni sanksiyaların tətbiqinə hazırlaşır. Bu, qonşu Türkiyənin də maraqlarına mənfi təsir edəcək sanksiyalardır.

Nəşr iddia edir ki, ABŞ Türkiyə də daxil olmaqla 8 ölkənin İranla ticarət əlaqələrini dayandıracağı sərt addım atmağa hazırlaşır. Bu baxımdan, Türkiyə İranla neft anlaşmalarını ləğv etmək təzyiqi altında qalan ölkələr sırasına daxil edilib.

“Financial Times”a danışan yüksək çinli amerikalı rəsmi bu gün Dövlət katibi Mayk Pompeonun məsələ ilə əlaqədar açıqlama verəcəyini bildirib.

  • Sosial şəbəkədə paylaş