Sizin reklam burada
Sizin reklam burada

“Rusiya parçalanacaq, onun bir hissəsini ələ keçirməliyik” - Ukraynalı general

“Rusiya parçalanacaq, onun bir hissəsini ələ keçirməliyik” - Ukraynalı generalUkraynalı hərbi ekspert, ehtiyatda olan general-mayor İqor Romanenko Rusiyanın yaxın gələcəkdə dağılacağını iddia edib.

Ukrayna mediasının verdiyi xəbərə görə, o, parçalanma prosesinin başlanacağı təqdirində, Ukraynanın Rusiya torpaqlarının bir hissəsini ələ keçirməli olduğunu bildirib.

İqor Romanenkonun fikrincə, Rusiyanın süqutu Sibirin Çin tərəfindən "qəsb olunmasından” sonra başlayacaq.

"Tarixi təcrübə göstərir ki, heç bir imperiya olduğu kimi əbədi surətdə qalmayb”, - deyə İ.Romanenko fikrini bu cür əsaslandırıb.

Onun sözlərinə görə, eyni aqibət Rusiyanı da gözləyir və burada əsas məsələ prosesin nə vaxt baş verəcəyi ilə bağlıdır.

Qeyd edək ki, bundan daha öncə Ukraynanın infrastruktur naziri Vladimir Omelyan da bir gün Moskvaya tankın üstündə gələcəyini söyləmişdi.

Ukraynalı nazir bu iddiasını "feysbuk” səhifəsində yazmışdı.

Vladimir Omelyan Rusiyanın nəqliyyatçılar birliyinin vahid nəqliyyat məkanının yaradılması barədə təklifinə şərh verərkən belə bir cümlə işlədib: "Əlbəttə ki, bir gün Moskvaya gələcəyik! Müttəfiqlərimizlə birlikdə! Üzərində "Moskvaya doğru” yazılmış tanklarla!”

Conflict.az

  • Sosial şəbəkədə paylaş