Sizin reklam burada
Sizin reklam burada

“İmamoğluna “xeyirli olsun” dedim, amma...” - Binəli Yıldırım

“İmamoğluna “xeyirli olsun” dedim, amma...” - Binəli Yıldırımİstanbul Böyükşəhər bələdiyyəsi uğrunda mübarizədə uduzan hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binali Yıldırım rəqibi Əkrəm İmamoğlunu yenidən təbrik edib.

O, bundan sonra da Türkiyə üçün çalışacağını söyləyib.

“Bu gün Bərat qəndilidir. Əkrəm İmamoğluna da xeyirli olsun dedim. Eşitməyənlər üçün bir daha söyləyirəm: xeyirli olsun. Amma partiyamızın və Milliyyətçi Hərəkat Partiyasının Yüksək Seçki Quruluna etiraz prosesi davam edir. Heç vaxt kreslo dalınca qaçmamışam. Mənim üçün ən böyük vəzifə insanların könlündəki yerdir, mən hələ də İzmirin deputatıyam. Daim ölkəmə xidmət göstərmişəm, vəzifəm hansı olur-olsun, xidmət göstərməyə davam edəcəyəm”, - deyə Binayli Yıldırım söyləyib.

  • Sosial şəbəkədə paylaş