Sizin reklam burada
Sizin reklam burada

İran MKİ-nin 290 casusunu aşkarladı

İran MKİ-nin 290 casusunu aşkarladıABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran və regiondakı casus şəbəkəsini aşkar etmişik.

Bunu İran İnformasiya naziri Mahmud Ələvi deyib. O, casus şəbəkəsinin aparılan çətin işdən sonra ortaya çıxarıldığını bildirib. O, şəbəkənin ümumilikdə 290 casusdan ibarət olduğunu deyib. Ələvi həmçinin ABŞ MKİ-nin onlarla əməkdaşının aşkar edilərək həbs edildiyini bildirib. Nazir Tehranın casus şəbəkəsi barədə informasiyanı ABŞ casuslarını həbs edən digər dövlətlərlə də bölüşdüyünü də söyləyib. O, MKİ casuslarıyla bərabər Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin casuslarının da aşkara çıxarılmasıyla məşğul olduqlarını bildirib.

  • Sosial şəbəkədə paylaş