Sizin reklam burada
Sizin reklam burada

Matviyenko vəzifədən gedir: Putin kəşfiyyat şefini spiker edir

Matviyenko vəzifədən gedir: Putin kəşfiyyat şefini spiker edirYaxın aylarda Rusiya hakimiyyətində yeni kadr dəyişiklikləri baş tuta bilər.

Bu məlumatı “Kommersant” qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, kadr dəyişiklikləri nəticəsində Federasiya Şurasının rəhbəri Valentina Matviyenko vəzifəsini itirə bilər. Onun Rusiya Təqaüd Fonduna gətirilməsi ehtimalı var. Matviyenkonun hazırkı vəzifəsinə isə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin gətiriləcəyi güman edilir.

  • Sosial şəbəkədə paylaş