Sizin reklam burada
Sizin reklam burada

Paşinyan Sərkisyanın daha bir kadrını qovdu

Paşinyan Sərkisyanın daha bir kadrını qovduErmənistanın Liondakı konsulu Nikolay Sarkisov vəzifəsindən azad edilib.

Bu məlumatı “Past” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.

Məlumata görə, Sarkisovun qovulmasına səbəb onun Ermənistan hökumətinin tələblərinə cavab verməməsi olub.

Qeyd edək ki, Sarkisov qardaşları Rusiyada məşhur biznesmendirlər. Nikolay Sarkisov qardaşları arasında ən kiçiyidir. O, konsul vəzifəsinə 2013-cü ildə təyin edilib. Onun böyük qardaşı Sergey Sarkisov rəsmən bizneslə məşğul olur və Rusiyada böyük nüfuza malikdir.

  • Sosial şəbəkədə paylaş