Sizin reklam burada
Sizin reklam burada

ABŞ-ın ortaqları bizlə gizli danışıqlara başlayıb - Ələvi

ABŞ-ın ortaqları bizlə gizli danışıqlara başlayıb - ƏləviABŞ-ın İrana qarşı sanksiya siyasəti Vaşinqtonun müttəfiqlərini Tehranla danışıqlara girməyə məcbur edib.

Bunu jurnalistlərə açıqlamasında İran Kəşfiyyat naziri Mahmud Ələvi deyib.

“ABŞ-ın müttəfiqləri Trampın İrana qarşı heç nə edə bilməyəcəyini görəndə bizimlə danışıqlara başlamaq üçün gizli təklif irəli sürdülər. Trampın SEPAH-ı qara siyahıya salması məntiqsiz addım idi. İran xalqının SEPAH-ın yanında dayanması Trampa vurulan şillə oldu. ABŞ-ın SEPAH-a qarşı addımları İran ordusunun birliyini gücləndirdi”, - deyə o bildirib.

  • Sosial şəbəkədə paylaş