Sizin reklam burada
Sizin reklam burada

Gözəllik salonunun sahibi saxlanıldı - Zorakılıq ittihamı

Gözəllik salonunun sahibi saxlanıldı - Zorakılıq ittihamıGürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində 55 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Acarıstanın Polis Departamenti məlumat yayıb.

Müəyyən olunub ki, S.C. adlı Azərbaycan vətəndaşı Batumidə sahibi olduğu gözəllik salonunda müştəriyə fiziki təzyiq göstərib.

Saxlanılan şəxsə qarşı “zorakılıq” maddəsi üzrə cinayət işi açılıb. Azərbaycan vətəndaşının günahı sübuta yetirələcəyi təqdirdə onu 1 ildən 3 ilədək həbs cəzası gözləyir./report/

  • Sosial şəbəkədə paylaş