Sizin reklam burada
Sizin reklam burada

Britaniyada təyyarə qəzası - Ölən var

Britaniyada təyyarə qəzası - Ölən varBöyük Britaniyanın Mersisayd qraflığının Sautport şəhərində yüngül mühərrikli təyyarənaməlum şəraitdə qolf meydançasına düşüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Asayiş keşikçilərinin məlumatına görə, hadisə "Royal Birkdale" qolf-klubu ərazisində baş verib. Yüngül mühərrikli təyyarə yerə düşdükdən sonra birdən yanmağa başlayıb. Hadisə zamanı bir nəfər – təyyarənin pilotu qəza yerində həlak olub. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Qəza yerinə təcili yardım maşınları və yanğınsöndürənlər cəlb edilib. Polis ərazidəki yolları kəsib.

Hadisənin başvermə səbəbi araşdırılır.

  • Sosial şəbəkədə paylaş