Sizin reklam burada
Sizin reklam burada

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı oğlu ilə bağlı yayılan xəbəri təkzib etdi

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı oğlu ilə bağlı yayılan xəbəri təkzib etdi
Ötən gün gecə saatlarında bəzi xəbər saytlarında guya Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turalın ölkədəki pandemiya şəraitinin əleyhinə olaraq toy mərasimi təşkil etməsi barədə xəbər yayılıb.

Moderator.az-ın əməkdaşı yayılan xəbərin nə dərəcədə həqiqiəti əks etdirib-etdirimədiyini öyrənmək üçün bu dəqiqələrdə rayonun icra hakimiyyətinin başçısı Vidadi İsayevlə əlaqə saxlayıb. V. İsayev xəbərin həqiqəti əks etdirmədiyi və kimlərinsə xəstə təxəyyülünün məhsulu olduğunu bildirdi:

"Mənim oğlum bir il əvvəl nişanlanıb və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər "zaks"a gedərək öz nikahlarını rəsmiləşdiriblər. Sizi və oxucularınızı əmin edirəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib. Ancaq görünür, gənclərin atdığı bu addımdan kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə ediblər".

Conflict.az

  • Sosial şəbəkədə paylaş