Sizin reklam burada
Sizin reklam burada

"Şübhəsiz ki, bu, zərərli bir təşəbbüsdür"

"Şübhəsiz ki, bu, zərərli bir təşəbbüsdür"
Asiya ölkələri ilə yeni blokların yaradılması çox zərərli və təhlükəli addımdır və bu, Atlantik regionundan uğursuz blok-düşüncə sistemini Asiyaya köçürmək cəhdidir.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Asiyadakı yeni birliyi haqda deyib.
"Asiyada yeni blokların yaradılmasına gəlincə, məncə, bu, Atlantik regionundan uğursuz blok-düşüncə sistemini Asiyaya köçürmək cəhdidir. Şübhəsiz ki, bu, zərərli bir təşəbbüsdür. Bu, yenə də kiməsə qarşı kiminləsə dost olmaqdır. Hazırki vəziyyətdə Çinə qarşı dost olmaq. Biz bunu canlandırmaq və ya Asiya-Sakit okean regionunda Atlantikada baş verənləri yenidən yaratmaq cəhdini nəinki dəstəkləmirik, həm də inanırıq ki, bu çox zərərli və təhlükəli işdir” - deyə Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş