İsrail 2024-cü ilin oktyabr ayının əvvəlində Qəzza zolağının şimal hissəsinin sakinlərinin cənuba köçürülməsini nəzərdə tutan "Generallar Planı" adlanan planı həyata keçirməyə başlayıb.
Bunu HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Üsamə Həmdan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“İsrail bir illik təcavüzü nəticəsində məqsədlərinə nail olmayıb. İşğalçı bu ayın əvvəlində “Generallar Planı”nı həyata keçirməyə başlayıb. Bu planın məqsədi Qəzza zolağının şimal hissəsinin əhalisinin bir hissəsini anklavın cənubuna köçürmək cəhdidir”, - deyə o bildirib.
Həmdanın sözlərinə görə, “Generallar Planı” yalnız İsrail xalqının hissləri ilə oynamaq məqsədi daşıyır.
Conflict.az