Sizin reklam burada
Sizin reklam burada

"Siyasi təqiblər davam edir"

"Siyasi təqiblər davam edir"
Ermənistanda müxalifətdəki “Vətən” Partiyasının baş katibi Xaçik Qalstyan gecə saatlarında saxlanılıb.
Bu barədə onun vəkili Arsen Babayan sosial mediada məlumat verib.
"Dostum Xaçik Qalstyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən sonradan həbs olunmaq məqsədilə saxta ittihamlarla saxlanılıb. Siyasi təqiblər davam edir", - deyə o yazıb.
Daha sonra bu partiyanın digər nümayəndəsi Aram Köçəryanın Vaqarşapatda saxlanıldığı bildirildi. Bu barədə sosial mediada partiyanın mətbuat katibi Hripsime Arakelyan məlumat verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş