
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi bütövlüyü və konstitusiya ilə bağlı arqumentlərinə kəskin reaksiya verib. Lavrov Zelenskini qanunlara ikili standartlarla yanaşmaqda və öz öhdəliklərinə məhəl qoymamaqda günahlandırıb.
Nazir Ukrayna liderinin konstitusiyanı bəhanə gətirməsini səmimi hesab etmir.
Lavrovun sözlərinə görə, Zelenskinin "ərazi məsələsini müzakirə edə bilmərəm, çünki konstitusiyada belə yazılıb" deməsi sadəcə bir manipulyasiyadır:
"Onun konstitusiyaya vecinə deyil. Əgər konstitusiyaya hörmət edirsə, o, rus dilinin məhv edilməsi və Kanonik Pravoslav Kilsəsinə qarşı qəbul olunmuş bütün mağara qanunlarını ləğv etməyə borcludur".
Rusiya XİN rəhbəri iddia edib ki, Zelenski konstitusiyanın yalnız özünə sərf edən bəndlərini xatırlayır, lakin ölkədəki azlıqların və kilsənin hüquqlarını qoruyan maddələri bilərəkdən görməzdən gəlir.
Conflict.az
