Sizin reklam burada
Sizin reklam burada

“Ukraynanın ərazisini azad etmək məqsədilə hücuma keçməyi mümkün deyil”

“Ukraynanın ərazisini azad etmək məqsədilə hücuma keçməyi mümkün deyil”
“Almaniya Müdafiə Nazirliyi artıq Ukraynanın müharibədə qəlib gələcəyinə inanmır”.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın bu müharibədə qalib gəlməli olduğunu bildirir. Bununla belə, nazirlik daxilində Ukraynanın qələbəsinə inam qalmayıb.
“Ukraynanın öz ərazisini azad etmək məqsədilə hücuma keçməyi artıq mümkün deyil”.
Alman hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin tükəndiyini bildirirlər. Rusiya isə ağır itkilərə baxmayaraq sistemli şəkildə irəliləyir.
Bundan əlavə, Bundesver artıq Ukraynaya heç bir böyük avadanlıq ötürmək niyyətində deyil. Alman anbarlarından və yeni fabriklərdən digər silahların çatdırılması isə davam edəcək.
Məsələn, 2025-ci ildə ukraynalılara 100 minə yaxın artilleriya mərmisi veriləcək. Almaniyanın Ukraynaya maliyyə yardımı bu il 8 milyard avro, gələn il isə 4 milyard avro təşkil edəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ