Sizin reklam burada
Sizin reklam burada

"Almaniyaya 4,5 milyard avro dəyərində Dəmir Qübbə sistemi satırıq"

"Almaniyaya 4,5 milyard avro dəyərində Dəmir Qübbə sistemi satırıq"
Almaniyanın İsraili lazımi silahlarla təmin etməsinin vaxtıdır.
Bu sözləri İsrail xarici işlər naziri İsrail Katz deyib.
“Ümid edirəm ki, Almaniya İsrailə lazım olanı verəcək. Açıq şəkildə deyə bilərəm ki, Almaniyaya təxminən 4,5 milyard avro dəyərində Dəmir Qübbə sistemi satırıq. Bu, çox vacibdir və biz Almaniyaya lazım olanı veririk", - o bildirib.
Nazirin sözlərinə görə, Almaniya İsrailə dəstəyə və təhlükəsizliyinə görə cavabdehdir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ