Sizin reklam burada
Sizin reklam burada

“Rusiya maliyyə və texnoloji təcavüzlə üz-üzədir"

“Rusiya maliyyə və texnoloji təcavüzlə üz-üzədir"
“Rusiya maliyyə və texnoloji təcavüzlə üz-üzədir, amma ölkəmizə qarşı iqtisadi blitzkriq nəticə vermədi”.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Rusiya xarici təzyiqlərlə, əslində, bəzi ölkələrin maliyyə və texnoloji təcavüzü ilə inamla mübarizə aparır. İqtisadi ildırımsürətli iqtisadi müharibə taktikası, onların ümid etdikləri hücum nəticə vermədi, bu, artıq hamıya, həm də onlara da məlumdur” - Rusiya lideri bildirib.
Putin əlavə edib ki, bu dövrdə Rusiyada effektli müdafiə tədbirləri operativ şəkildə həyata keçirilib, əsas sənayelərə, biznesə və müəssisələrə dəstək mexanizmləri işə salınıb.
“Bu tədbirlər kompleksinin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın kəskin azalmasının qarşısını aldıq. İnflyasiyanın sürətlə sabitləşməsinə nail olduq” - prezident vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş