Sizin reklam burada
Sizin reklam burada

"Həqiqəti eşitməmək daha asandır"

"Həqiqəti eşitməmək daha asandır"
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin çıxışı zamanı zalı tərk edib.
Ş.Mişel çıxışında Rusiyanın Ukraynada apardığı qanlı müharibədən, onun xüsusən dünyada ərzaq təhlükəsizliyi sahəsində yaratdığı fəsadlardan danışıb.
Çıxış zamanı Nebenzya yerindən qalxıb və zalı tərk edən zaman Mişel ona getmənin həqiqəti dinləməkdən daha asan olduğunu söyləyib.
"Cənab səfir, siz zalı tərk edə bilərsiniz. Bəlkə də həqiqəti eşitməmək daha asandır" - o deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş