Sizin reklam burada
Sizin reklam burada

Əkizlər: “Pulu ödəndiyi üçün Nərgizi klipimizə çəkdik”

Əkizlər: “Pulu ödəndiyi üçün Nərgizi klipimizə çəkdik”Müğənnilər Sevil və Sevinc Səfərovalar tədbirlərin birində görüntülənib.

Axşam.az-a yeni klipləri “Evlisən”dən söhbət açan ifaçılar kliplərində ikinci dəfə aktrisa Nərgiz Əliyevanın rol almasından danışıb.

Əkizlər bildirib ki, oxuyacaqları mahnı və klip ümumilikdə sifarişlidir.

“Mahnını sifarişlə oxumuşuq. Həmçinin, klipdə Dj Roşkanın, Nərgiz Əliyevanın da çəkilməsinin səbəbi budur. Pulları ödəndiyi üçün klipimizə çəkildilər. Çünki onların və bütövlükdə qonorarın hamısını bir xanım ödəyir. Ona görə də, biz heç nəyə qarışmamışıq” deyə, bacılar söyləyib.

Qeyd edək ki, şou-biznesimizə nəzər yetirsək, dəfələrlə sifarişli mahnıların oxunduğunu görərik. Buraya əsasən, uşaq adları ilə bağlı olan mahnılar daxildir.

  • Sosial şəbəkədə paylaş