Sizin reklam burada
Sizin reklam burada

Zamiq: “Abbasla barışsaq, yenə küsəcəyik”

Zamiq: “Abbasla barışsaq, yenə küsəcəyik”“Biz uşaq deyilik. Abbasla uzun illərdən bəri dostluq etmişəm”.

Axşam.az xəbər verir ki, bu sözləri ötən gün “MTV Azərbaycan”da yayımlanan “3 canlı” verilişində qonaq olan müğənni Zamiq Hüseynov deyib.

Əməkdar artist Abbas Bağırovla küsülülüyündən söz açan ifaçı bildirib ki, onlara küsülü qalmaq sərf edir:

“Mən onlarda, o da bizdə olub, bir çörək kəsmişik. Münasibətimizin soyuq olmağı bizə rahatdır. Biz barışsaq, yenə nəsə olacaq, küsəcəyik. Abbas haqqında pis danışa bilmərəm. Bizə belə rahatdır, belə də qalsın”.

Qeyd edək ki, müğənnilər bir neçə müddətdir danışmır. Hətta tədbirlərdə belə bir araya gəlmək istəmirlər.

  • Sosial şəbəkədə paylaş