Sizin reklam burada
Sizin reklam burada

"Qüdssüz seçkilərə getməyəcəyik"

"Qüdssüz seçkilərə getməyəcəyik"
Qüdssüz seçkilərə getməyəcəyik.
Bu açıqlama ilə Fələstin Prezidenti Mahmud Abbas çıxış edib.

"Bu gün İsraildən mesaj gəldi ki, hökumət olmadığı üçün Qüdsdəki seçkilərə cavab verə bilməyəcəklər", - Abbas bəyan edib.

Abbas İsrail tərəfinin Fələstin Mərkəzi Seçki Komissiyasının rəhbəri Hanna Nasserin seçkilərə hazırlıq çərçivəsində Şərqi Qüdsə gedəcəyi təqdirdə həbs olunacağı ilə hədələdiyini bildirib.

Qeyd edək ki, Fələstində 15 ildən sonra ilk dəfə seçkilərin keçirilməsi üçün qərar qəbul edilib. Ölkə Prezidenti Mahmud Abbasın fərmanına əsasən, parlament seçkiləri mayın 22-də, prezident seçkiləri isə iyulun 31-də keçirilməlidir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş