Sizin reklam burada
Sizin reklam burada

Gecəyarısı bir məhəllədə 2 MÜƏMMALI HADİSƏ: 22 yaşlı gənc özünü binadan atdı, ardınca... - FOTOLAR

Gecəyarısı bir məhəllədə 2 MÜƏMMALI HADİSƏ: 22 yaşlı gənc özünü binadan atdı, ardınca... - FOTOLARPaytaxtın Binəqədi rayonu 7-ci mikrorayon Abay Kunanbayev küçəsində gecəyarısı 2 müəmmalı hadisə baş verib.

Publika.az xəbər verir ki, gecə saat 4 radələrində 22 yaşlı Zaur adlı gənc özünü yaşadığı binanın 5-ci mərtəbəsindən yerə atıb. Hadisə 9/25 binasında baş verib.

Qonşuların verdiyi məlumata görə, Zaur təmkinli, sakit təbiətli insan olub. Onun intiharı hər kəsi şoka salıb.

Hadisənin təfərrüatı araşdırılır.Gecəyarısı bir məhəllədə 2 MÜƏMMALI HADİSƏ: 22 yaşlı gənc özünü binadan atdı, ardınca... - FOTOLARDigər bir hadisə isə həmin bölgənin yaxınlığında yerləşən 3A/7 binasının qarşısında qeydə alınıb.

“99 ED 442” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil bir anda alışıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları hadisə yerinə cəlb olunub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.Gecəyarısı bir məhəllədə 2 MÜƏMMALI HADİSƏ: 22 yaşlı gənc özünü binadan atdı, ardınca... - FOTOLARAvtomobilin sahibi yanğının hansı səbəbdən baş verdiyindən xəbərsizdir.

Hadisələrin eyni məhəllədə olması müəyyən müəmmalar yaradır.

  • Sosial şəbəkədə paylaş