Sizin reklam burada
Sizin reklam burada

Bakıda MÜƏMMALI HADİSƏ - Koma vəziyyətində xəstəxanaya çatdırıldı

Bakıda MÜƏMMALI HADİSƏ - Koma vəziyyətində xəstəxanaya çatdırıldıBakıda orta yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Publika.az xəbər verir ki, Suraxanı rayonu ərazisindən təcili tibbi yardım maşını ilə orta yaşlı kişi ağır kəllə-beyin travaması ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Koma vəziyyətində olduğundan onun şəxsiyyətini tam müəyyənləşdirmək mümkün olmasa da, həmin şəxsin adının Yusif olduğu bildirilir. Yaralının bədbəxt hadisə nəticəsində və ya dava-dalaş zamanı xəsarət alması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş