Sizin reklam burada
Sizin reklam burada

Qarayazı Dövlət Qoruğunda yanğın

Qarayazı Dövlət Qoruğunda yanğınAğstafa rayonunda meşədə yanğın hadisəsi baş verib.

Hadisə rayon ərazisində yerləşən Qarayazı Dövlət Təbiət Qoruğunun Poylu meşəbəyliyinin ərazisində baş verib.

Yanğın 5 hektar ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını alıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, meşə ərazisindəki quru və yaş ağaclar yanıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş