Sizin reklam burada
Sizin reklam burada

Daşkəsəndə külək evlərin dam örtüyünü dağıtdı

Daşkəsəndə külək evlərin dam örtüyünü dağıtdıDaşkəsən rayonunda güclü külək və leysan yağış səbəbindən elektrik enerjisinin verilməsi dayanıb.

Report-un məlumatına görə, leysan yağışla müşahidə olunan şimal-qərb küləyi bir neçə ağacın budaqlarını sındırıb, bəzi evlərin dam örtüyünü dağıdıb. Hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Hazırda rayon ərazisində kəskin hava şəraiti davam edir.

Qeyd edək ki, Gəncə şəhəri və dağlıq rayonlarda şimşək çaxır, güclü külək əsir, yağıntılı hava şəraiti davam edir.

  • Sosial şəbəkədə paylaş