Sizin reklam burada
Sizin reklam burada

Şəmkirdə qadın dərmandan zəhərləndi

Şəmkirdə qadın dərmandan zəhərləndiŞəmkir rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, Könüllü kəndindən olan 1987-ci il təvəllüdlü qadın hələ ki, naməlum səbəbdən qəbul etdiyi həblərdən zəhərlənib.

O, ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Qadına həkimlər tərəfindən lazımi tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş