Sizin reklam burada
Sizin reklam burada

Bakıda ərəblərin ağızlarını "skoç"layıb, qarət etdilər

Bakıda ərəblərin ağızlarını "skoç"layıb, qarət etdilərBakıda ərəblərin yaşadığı mənzilə basqın olub.

Conflict.az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistan vətəndaşı Albaba Ali Hüssain A dünən Səbail RPİ-yə ərizə ilə müraciət edərək avqustun 4-ü, axşam 11 radələrində kirayə qaldıqları mənzilə tanımadıqları 3 şəxsin girdiyini bildirib.

Onun sözlərinə görə, həmin şəxslər o və dostu Al Saeed Muhammed Abdulkaheemin əl-ayağını, ağızlarını “skoç”la bağlayaraq evdən 5 ədəd telefon, 1700 manat pul götürüb qaçıblar.

Faktla bağlı soyğunçuluq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi, polis mayoru Hənifə Bayramzadənin icraatına verilib, istintaq davam etdirilir.

  • Sosial şəbəkədə paylaş