Sizin reklam burada
Sizin reklam burada

Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı - FOTOLAR

Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı - FOTOLARBinəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı - FOTOLAR
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakupost-a verilən məlumata görə, Ağdam rayon sakini Əliyev Loğman Ramiz oğluna 99 SP 502 dövlət qeydiyyat nişanlı "İnfiniti FX 35” markalı avtomobillə hərəkətdə olan zaman yol polisləri tərəfindən ona saxla işarəsi verilib.
Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı - FOTOLAR
Amma sürücü nəqliyyat vasitəsini saxlamayaraq hərəkətini davam etdirib. Bu zaman sürücü avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı və əhalinin dincliyini pozaraq dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sürücü saxlanılan zaman məlum olub ki, o avtomobili idarə etmək hüqüqu olmadan sükan arxasına keçib.
Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı - FOTOLAR
Sürücü barəsində Dövlət Yol Polisi Şöbəsində inzibati protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə təqdim edilib.
Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı - FOTOLAR
Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı - FOTOLARMəhkəmənin qərarına əsasən, Loğman Əliyev İnzibati Xətalar Məcəlləsinin 511.1 (avtoxuliqanlıq) və 332.2 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddələrinə 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub və 500 manat məbləğində cərimə edilib.
Bakıda polis “avtoş”luq edən ikinci qrup əlili saxladı - FOTOLAR
Qeyd edək ki, avtoxuliqanlıq edən L.Əliyevin ikinci qrup əlil olduğu və etdiyi hərəkətdən səmimi peşmançılıq hissi keçirdiyi nəzərə alınaraq barəsində məhkəmə tərəfindən inzibati qaydada həbs qərarı çıxarılmayıb

  • Sosial şəbəkədə paylaş