Sizin reklam burada
Sizin reklam burada

Abşeron rayonunda uşağın uçurduğu çərpələng Saray qəsəbəsini işıqsız qoyub

Abşeron rayonunda uşağın uçurduğu çərpələng Saray qəsəbəsini işıqsız qoyubBu gün səhər saatlarında Abşeron rayonunun Saray qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilində fasilə yaranıb.

“Report”un əldə etdiyi məlumata görə, buna səbəb qəsəbədə yaşayan uşağın uçurduğu çərpələngin yüksək gərginlikli elektrik xətti ilə toqquşması olub.

Son nəticədə “Saray 3” yüksək gərginlikli xəttinin ərazisinə düşən evlərdə işıqlar sönüb.

Xatırladaq ki, Saray qəsəbəsində 15 minə yaxın abunəçi yaşayır.

  • Sosial şəbəkədə paylaş