Sizin reklam burada
Sizin reklam burada

Türkiyə vətəndaşını Azərbaycanda it dişlədi

Türkiyə vətəndaşını Azərbaycanda it dişlədiDünən axşam Salyan rayonunun Qarabağlı kəndində yoldan keçərkən qısa müddətə dayanan Gəncə şəhər sakini 47 yaşlı Türkiyə vətəndaşı Turan Apaydını sahibsiz itlər dişləyib.

Bakupost xəbər verir ki, itlər Apaydının əl və ayaqlarını dişləyiblər. Hadisə zamanı kürəkənini itlərdən xilas etmək istəyən 38 yaşlı Gəncə sakini Ceyhun Əmrah oğlu Babayev də xəsarət alıb. İtlər Ceyhun Babayevin əl barmaqlarını dişləsələr də, o kürəkənini itlərin əlindən qurtarmağı bacarıb. Onlara
Salyan Mərkəzi Rayon Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

  • Sosial şəbəkədə paylaş