Sizin reklam burada
Sizin reklam burada

Neftçala sakini həmyerlisini döyərək öldürdü - Təfərrüat

Neftçala sakini həmyerlisini döyərək öldürdü - TəfərrüatNeftçala rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, avqustun 5-nə keçən gecə Neftçala şəhəri ərazisində Bankə qəsəbə sakini Mahir Əliyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin gün şəhər ərazisində M.Əliyevlə həmyerlisi Saleh Ələkbərov arasında münaqişə baş verməsi və sonuncunun onu döyərək qətlə yetirməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Ələkbərov tutulub.

Məlumata görə, Mahir Əliyev hadisə baş verməmişdən əvvəl iştirak etdiyi toy mərasimidən çıxıb və evlərinə getmək istəyib.

Bu zaman yolda o, Saleh Ələkbərovla mübahisə edib. Onların mübahisəsi sonda cinayətlə nəticələnib.

Hadisə zamanı hər iki şəxs sərxoş olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

  • Sosial şəbəkədə paylaş