Sizin reklam burada
Sizin reklam burada

Sabirabaddakı qəzada ölən şəxsin kimliyi bilindi

Sabirabaddakı qəzada ölən şəxsin kimliyi bilindiSabirabad rayonunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.

"Report" xəbər verir ki, Hacıqabul-Horadiz avtomobil yolunun rayonun Bulaqlı kəndindən keçən hissəsində "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı minik maşını toqquşub.

Qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü, Sabirabad rayon, Qalağayın kənd sakini, 1959-cu il təvəllüdlü Fərzalıyev Fərzalı Salman oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş