Sizin reklam burada
Sizin reklam burada

Dənizdə batan gəncin meyiti tapıldı

Dənizdə batan gəncin meyiti tapıldıİyulun 31-də Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1992-ci il təvəllüdlü Əkbərov Pənah Bəhram oğlunun axtarışları başa çatıb.

Bakupost Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, P.Əkbərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

  • Sosial şəbəkədə paylaş